Reynaldo rəsmən Qazaxıstan klubunda

18:29 21 Fevral 2018

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstanın "Aktobe" klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, baxışdan uğurla keçən braziliyalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti 2019-cu ilin dekabr ayına qədərdir.



Qeyd edək ki, 2013-16-cı illərdə Ağdam klubunda çıxış edən 28 yaşlı hücumçu ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti