AL-də 1/16 final mərhələsinə yekun vuruldu - YENİLƏNİB

01:57 23 Fevral 2018

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Rusiyada yerli ÇSKA Serbiya “Srvena Zvezda”sını qəbul vedib. Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda hesab açılmamışdı. Cavab görüşündə isə Moskva təmsilçisi minimal hesabla qalib gələrək 1/8 finala ilk vəsiqənin sahibi olub.

 

Bu gün keçiriləcək 15 oyunla mərhələyə yekun vurulacaq.  Turnirin favoritlərindən olan, ilk görüşlərində müvafiq olaraq "Ludoqorets" və "Ostersund"u səfərdə böyük hesabla (3:0) məğlub edən "Milan" və "Arsenal" 1/8 finalın bir addımlığındadı. Avropa Liqasının favoritlərindən olan "Atletiko"nun da bir ayağı 1/8 finaldadı. "Hindular" mərhələnin ilk matçında səfərdə "Kopenhagen"i 4:1 hesabıyla məğlub edib.  

 

Günün maraqlı oyunlarından biri də Leyptsiqdə keçiriləcək. Eyniadlı komanda ilk matçda səfərdə 3:1 hesabıyla məğlub etdiyi "Napoli"ni qəbul edəcək. A seriyasının liderinin Almaniyada "silah"ı yerə qoyub-qoymayacağı maraq doğurur.  

 

Avropa Liqası: 1/8 final, cavab oyunları

21 fevral

21:00 ÇSKA - Srvena Zvezda 1:0 (0:0)

 

22 fevral

20:00 Lokomotiv - Nitsa 1:0 (3:2)
20:00 Sportinq - Astana 3:3 (3:1) 
22:00 Latsio - Styaua 5:1 (0:1)
22:00 Viktoriya - Partizan 2:0 (1:1)
22:00 Vilyarreal - Lion 0:1 (1:3)
22:00 Leyptsiq - Napoli 0:2 (3:1)
22:00 Zenit - Seltik 3:0 (0:1)
22:00 Dinamo (Kiyev) - AEK 0:0 (1:1)
22:00 Atletiko - Kopenhagen 1:0 (4:1)
00:05 Braqa - Marsel 1:0 (0:3)
00:05 Arsenal - Ostersund 1:2 (3:0)
00:05 Milan - Ludoqorets 1:0 (3:0)
00:05 Zalsburq - Real Sosyedad 2:1 (2:2)
00:05 Atletik - Spartak 1:2 (3:1)
00:05 Atalanta - Borussiya (Dortmund) 1:1 (2:3)


Digər xəbərlər

Xəbər xətti