Futbolçu topdaşıyanı yumruqladı - VİDEO

12:31 22 Fevral 2018

Braziliya çempionatının aşağı liqasında keçirilən “Komersi” - “Operari” oyununda maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qonaq komandanın futbolçusu Cefferson Reis topdaşıyan gəncə hücum edib. Buna səbəb, topdaşıyanın qola sevinməsi olub. Belə ki, Reis komandasının qol buraxmasının heyfini ev sahibi komandanın qoluna sevinən topdaşıyandan çıxıb. Gəncin üzərinə şığıyan futbolçu, onu yerə yıxaraq yumruqlayıb. Bundan sonra meydanda ara qarışıb. Polisin müdaxiləsindən sonra hadisələrin daha da böyüməsinin qarşısı alınıb. 

 


Xəbər xətti