UEFA ölkəmizdə keçiriləcək turnirlə bağlı Avropa Komissiyası ilə razılığa gəldi

15:56 22 Fevral 2018

UEFA ilə Avropa Komissiyası arasında AÇ-2020 ilə bağlı imzalanmış müqavilə yenilənib və genişləndirilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın saytı yayıb. Yeni müqavilə hər iki təşkilatın AÇ-2020 də daxil olmaqla, bir çox sahələrdə yaxından əməkdaşlıq etməsini planlaşdırır. UEFA prezidenti Aleksandr Çeferin məsələ ilə bağlı açıqlama verib:

 

“UEFA və Avropa Komissiyası idmanın sosial dəyərlərini təbliğ etmək, ədalət və həmrəylik prinsiplərinə hörmət etmək arzusundadı. Komissiya, UEFA-nın rəqabət qabiliyyətliliyini artırmaq və futbolda idarəetmənin yaxşılaşdırılmasına dair öhdəliyini dəstəkləyir. Biz futbolu təşviq etmək və inkişaf etdirmək məqsədi ilə birlikdə işləyirik”.

 

Qeyd edək ki, AÇ-2020-nin final mərhələsinə 12 ölkə ev sahiblik edəcək. Onlar arasında Azərbaycan da var.


Xəbər xətti