Mbappe prezidentlərlə nahar etdi

16:23 22 Fevral 2018

Liberiyanın yeni seçilmiş prezidenti, əfsanəvi futbolçu Corc Vea Fransaya səfərə gəlib.

 

Sportarena.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Veanın şərəfinə nahar verib. Yelisey sarayında verilən naharda Fransa çempionatının səfiri olan Didye Droqba da olub. PSJ-nin futbolçusu Kilian Mbappe də məşhurlarla bir süfrə arxasında oturmaq şərəfinə nail olub. Nahara dəvət alan Mbappe təəssüratını bölüşüb:

 

“Bu görüşdən çox şey öyrəndim. Həqiqətən də böyük təcrübədi. Biz aktual məsələləri müzakirə etdik. Mən fransız olsam da, Afrika əsilliyəm. Afrikada idmanın inkişafı mənim üçün çox önəmlidi. Bu sahədə köməyimi böyük məmnuniyyətlə təklif edəcəm”


Digər xəbərlər

Xəbər xətti