"Atletiko" futbolçusunu Çin klubuna satır?

16:51 22 Fevral 2018

“Atletiko”nun yarımmüdafiəçisi Yannik-Ferreyra Karrasko karyerasını Çində davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə Çinin “Dalian Yifanq” klubunun belçikalı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib. Çinlilər 24 yaşlı futbolçunun keçidi üçün 30 milyon avro ödəməyə hazırdı. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin Karraskonun adını Avropa Liqasının 1/16 final mərhələsinin “Kopenhagen”lə cavab oyununun iştirak ərizəsinə daxil etməməsi bu iddiaları bir az da gücləndirib.

 

Karraskonun menecerlərinin Çin klubuyla danışıqlar apardığı, transferin yaxın günlərdə reallaşacağı deyilir.


Xəbər xətti