Poqbanın meneceri yeni klub axtarışına başladı

17:34 22 Fevral 2018

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandadan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Sports İllustrated” jurnalı yayıb. Xəbərdə fransalı futbolçunun meneceri Mino Rayolanın Avropanın nəhəng klublarına Poqbanın xidmətini təklif etdiyi vurğulanıb. Fransa millisinin üzvünün mankunianlardan ayrılmaq fikrinə düşməsinə səbəb kimi isə onun son vaxtlar komandanın baş məşqçisi Joze Mourinyo ilə problem yaşaması göstərilib.

 

Xatırladaq ki, Poqba 2016-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyur. O, “Yuventus”dan 105 milyon avro qarşılığında transfer edilib.


Xəbər xətti