La Liqa klubu Muntarini trasnfer etdi

18:06 22 Fevral 2018

İspaniya La Liqa təmsilçisi “Deportivo” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Korunya təmsilçisi bir müddətdi klubsuz olan qanalı futbolçu Salli Muntari ilə anlaşıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub 

 

Xatırladaq ki, “Udineze”, “Portsmut”, “İnter”, “Milan”, “Sanderlend” kimi komandalarda top qovmuş 33 yaşlı futbolçunun son iş yeri İtaliya “Peskara”sı olub. Ötən yay bu komandadan ayrılan Muntari, “Depor”a azad agent kimi keçib.


Xəbər xətti