"Qalatasaray"da Terim "fırtınası" - Ciddi dəyişikliklər edəcək

Sportarena.az      22 Fevral 2018, 18:24

Bu mövsüm səs-küylü bir şəkildə “Qalatasaray”a baş məşqçi təyin edilən Fatih Terimin komandadan göndərəcəyi ilk futbolçu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Terim 9 mart tarixində İsveçərdə təşkil ediləcək UEFA Fair Play toplantısından sonra heyətdə performansını bəyənmədiyi futbolçuları klubdan göndərəcək. Toplantıda kifayət qədər borcu olan “Qalatasaray”a hər hansı sanskiya tətbiq edilməzsə, komandaya kifayət qədər kömək etməyən 8-9 oyunçu sərbəst buraxılacaq.

 

Klubun maaş siyasətini bəyənməyən Fatih Terim ilk olaraq bu sahələrdən dəyişikliyə başlayacaq. Onun hədəfi komandanın maaş büdcəsini 66 milyon avrodan 60 milyon avroya salmaqdır.

 

Onun "qara-siyahı"sındakı ilk futbolçunun adı da məlumdur. Sol cinah müdafiəçisi Yasmin Latovleviç Tarimin gələcək planlarına daxil deyil.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin