Azərbaycan mövsümü 23-cü pillədə başa vurdu

12:56 23 Fevral 2018

UEFA 1/16 final mərhələsinin dünən baş tutan oyunlarından sonra ölkələrin reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycanın ən yaxın izləyiciləri olan Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiyanın təmsilçiləri avrokubokların cari mövsümündə mübarizəni dayandırıblar. Bununla da, ölkəmizin cari mövsümü 23-cü pillədə (19,125 xal) başa vuracağı dəqiqləşib.

 

Siyahıya İspaniya başçılıq edir (101,998). İspanları İngiltərə (76,605) və İtaliya (73,082) izləyir.


Digər xəbərlər

Xəbər xətti