"Binə"nin müdafiəçisi qapıya keçdi, qol buraxmadı - VİDEO

14:37 23 Fevral 2018

Birinci Divizionun 15-ci turu çərçivəsində dünən keçirilən "Binə" - "Xəzər" matçında (1:0) maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, oyunun 85-ci dəqiqəsində ev sahiblərinin qapıçısı Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan qovulub. "Binə"nin baş məşqçisi İsmayıl Hüseynov 3 əvəzetmədən istifadə etdiyindən qapıya futbolçulardan biri keçməli olub. 

 

Müdafiəçi Kamil Hüseynov bu məsuliyyəti öz üzərinə götürüb. O, bu işin öhdəsindən nəharətlə gələrək son dəqiqələrdə komandasının qapısını toxunulmaz saxlaya bilib. 

 

Maraqlı məqam odur ki, 2 mövsüm əvvəl AZAL-da oynayarkən Hüseynov analoji halla üzləşmiş və həmin oyunda da qapısında qol görməmişdi.


Xəbər xətti