"Qarabağ" bir pillə gerilədi - Reytinq sıralamada

Sportarena.az      23 Fevral 2018, 15:17

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, cədvəldə klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın da mövqeyi dəyişib. Ağdam klubu bir pillə geriləyib. 20.500 xalı olan "Qarabağ" eyni xala malik BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) birgə 70-ci pilləyə şərikdir.

 

Digər klublarımızın mövqeyi dəyişməyib. “Qəbələ” aktivindəki 5.250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

 

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 150,000 xala malik “Real” başçılıq edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin