"Joze Alesioya bildirilib ki, milliyə gənc futzalçılar cəlb olunsun və onların üzərində işlənilsin" - LAYİHƏ

09:33 24 Fevral 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində üçüncü yazımızda futzal üzrə Yüksək Liqanın 16-cı turunun nəticələri, sözügedən tur çərçivəsində keçirilən “FK.İD.Futsal” - "Ekol" matçında baş verənləri nəzərə çatdıracağıq. Həmçinin, “FK.İD.Futsal” komandasının təcrübəli futzalçısı Ağatahir Əzimovun və Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovun fikirləri ilə tanış olacağıq.

 

16-cı turun bütün oyunları "Olimpik Star"da keçirildi. Öncə meydana "Marafon" və "Xəmsə" komandaları çıxdı. Autsayder bu görüşdə meydana çıxmağına peşman olub. İlk dəqiqələrdən matça fəal başlayan "Marafon" ilk hissəni 6:0 hesablı üstünlüklə bitidi. "Xəmsə"nin bəxtiikinci hissədə də gətirmədi. Debütant olmalarına rəğmən, çempionluğa iddialı olan nominal ev sahibləri ikinci hissədə də rəqibinə güzəşt emədi. İlk hissədən fərqli olaraq ikinci yarıda qapılara daha çox - 8 top vuruldu. Yekunda "Marafon" "Xəmsə"ni 13:1 hesabı ilə məğlub etdi. Bu qələbədə pay sahibi olanlardan biri də turnirin bombardiri olan Renat Sultanov idi. Bu görüşdə poker edən forvard qollarının sayını 20-ə çatdırmağa müvəffəq olub.

 

Lider "Araz" isə bu tur "Yasamal"la üz-üzə gəlib. Ölkə çempionu bu turu da itkisiz başa vura bilib. İlk yarını 3:0 hesablı üstünlüklə tamamlayan Naxçıvan təmsilçisi ikinci hissədə bakılılar müqaviməti ilə üzləşiblər. Bu, nəticəyə təsir göstərməsə də, ikinci 20 dəqiqədə azarkeşlər qarşılıqlı qolların şahidi olub - 5:2.

 

 

Turun son oyunu isə amansız mübarizə şəraitində keçdi. Bizim də canlı izlədiyimiz matçda “FK.İD.Futsal” klubu EKOL-u qəbul etdi. Bu komandalar arasındakı görüş maraqla gözlənilirdi. Yüksək yerlər uğrunda mübarizə aparan hər iki komandaya qələbə mütləq lazım idi. Hətta EKOL qarşılaşmanın gedişində buna daha yaxın tərəf idi. "Yaşıllar" ikinci yarıda 5:1 hesablı üstünlük qazansalar da, bu üstünlüyü sona qədər qoruya bilmədilər. Hesabda 4 top fərqli ilə geri düşməsinə rəğmən, bir dəqiqə belə olsun ruhdan düşməyən, məğlubiyyətdən xilas olmaq üçün yollar axtaran "İtaldizayn" komandası sonda istəyinə nail oldu. Onların bu uğuruna kölgə salmadan bildirək ki, EKOL-un futzalçıları 4 top fərqli üstünlükdən sonra rahatlıqla qaləbə qazanacaqlaını zənn etdilər. Ancaq qarşı tərəfin uğurlu və dəqiq oyunu buna imkan vermədi. Matçın son 32 dəqiqəsinə 5:1 hesablı məğlubiyyətlə girən "İtaldizayn" komandası elə həmin dəqiqədən vurulan qollarla vəziyyəti xeyrinə dəyişdi. Yekunda görüş 5:5 hesablı heç-heçə ilə başa çatdı.

 

 

Yüksək Liqa, 15-ci tur
“Marafon Futsal” - “Xəmsə” 13:1 
Qollar:
Renat Sultanov, 2, 9:47, 19:27, 28:43, Sergey Çumakov, 6:52, 13:49, 38:35, Vasili Jarikov, 9, 30:12, 39:13, Vyaçeslov Tservo, 22:55, Elyas Barati, 23:35, 32:52 - Rüfət Cəlilov, 39:40.

 

Yasamal” - “Araz” 2:5
Qollar:
Mohsin Hayatbini, 24:19, Mortoza Cahandost, 39:45 - Bolinya, 4:40, 13:21, 29:58, Ramiz Çovdarov, 16:51, Everton Kardoso, 35:10.

 

“FK.İD.Futsal” - EKOL 5:5
Qollar:
Rəcəb Fərəczadə, 9:29, 37:35, Elvin Quliyev, 31:52, Nihad İsmayılov, 35:20, 39:26 - Samir Həmzəyev, 5:17, Namiq Məmmədkərimov, 7:18, 30, Radik Əhmədov, 17:25 (10 m.), Fərid Ələkbərov, 31:25.

 

Bunun nətic'lərdən sonra turnir cədvəlinə hələ də "Araz başçılıq edir. 14 oyundan sonra 13 qələbə qazanıb, 1 dəfə heç-heçə edən Naxçıvan təmsilçisi ən yaxın izləyicisi "Marafon"u 7 xal qabaqlayır. Üçüncü olan EKOL isə ikinci pillədən 10 xal geri qalır.

 

Bombardirlər siyahısına adəti üzrə "Marafon"un üzvü Renat Sultanov başçılıq edir. Onun aktivində 20 qol var. O, "Araz"da çıxış eədn həmkarı Telez Thiaqonu 5 xal qabaqlayır.

 

“FK.İD.Futsal” - EKOL matçından sonra birinciləırin təcrübəli futbolçusu Ağatahir Əzimov görüşlə bağlı fikirlərini bölüşdü:

 

"Oyun çox çətin keçdi. Əvvəlcə rəqibə hədiyyəlik qollar verdik, sonra oyunu xilas etdik. Öz səhvlərimizə görə bu oyunda çətinlik çəkdik. Sonda hər şey yaxşı alındı. Komanda özündə güc tapıb, qollar vura bildi".

 

Yığmamızın sabiq üzvü komandadakı itkidən və oyunçu sayının azlığından da danışdı:

 

"Bu gün komanda yoldaşımız Faiq Əliyevin oynamaması bizə problem oldu. Heyətimiz elə də geniş deyil. Bu gün Asif Zeynalov və Rəcəb Fərəczadə zədəli-zədəli oynayırdılar. Cəmi 8 futzalçımız vardı. Buna baxmayaraq xal qazana bildik".

 

 

Təcrübəli futzalçı komandasının qol vurmaqla bağlı ciddi probleminin olduğunu, bu məsələ həll edildikdən sonra turnir cədvəlində layiqli yerdə ola biləcəklərini də vurğuladı:

 

"Qol vurmaqla bağlı problemimiz var. Epizodlar yaradırıq, amma istifadə edirik. Bu problemi nə vaxt aradan qaldırsaq, həmin nəticələrimiz də daha yaxşı olacaq. EKOL ilə əvvəlki 2 görüşdə də eyni vəziyyəti yaşamışıq. Düzdü, bu görüşlərdən birində məğıub olmuşuq. Digər 2 oyun isə heç-heçə bitib. Amma bütün oyunıarda çoxsaylı qol imkanlarından yararlana bilməmişik. Əvəzində rəqib bizim qapımıza qol vurub. EKOL güclü komandadı. Bunu bu gün sübut etdilər. Düşünürəm ki, əvvəlki 2 oyunda biz qələbəyə daha layiq idik".

 

Daha sonra Azərbaycan Futzal Federasiyanın baş katibi Mahmud Sadıqovla həmsöhbət olduq. Qurum rəsmisi bizimlə söhbətinə futzalımızın hazırkı durumundan danışmaqla başladı:

 

- Son iki futzalda müəyyən canlanma var. Həmişə futzala böyük maraq olub. Bu idman növü bizim qanımızdadı. Bu ildən etibarən Yüksək Liqada mübarizəyə daha 2 klub qoşulub. Onlar “FK.İD.Futsal” və "Marafon" klublarıdır. Bu klublar çempionata rəng qatırlar. Onlar yarışda əsaslı şəkildə çıxış edirlər. Əvvəllər "Araz", EKOL və "Neftçi" üçlüyü vardı. Sözügedənlər klublar bu üçlüklə mübarizəyə qoşuldular. "Yasamal" da son iki ildə çempionata rəng qatır. Onlara təşəkkür edirəm. Yeganə çatışmayan cəhətimiz çempionatda tək rəqəmli - 7 komandanın olmasıdır. Federasiya olaraq bunun üzərində çalışırıq. Ümid edirik ki, növbəti mövsümdə komandaların sayı cüt və 2 rəqəmli olacaq. Biz buna iddia edirik. İnşallah, istəyimizə nail olacağıq.

 

- Növbəti mövsümdən komandaların sayının 10-12-ə yüksəldilməsi nəzərdə tutulubmu?
- Təbii ki biz növbəti mövsüm üçün planımızda 10 rəqəmini nəzərdə tutmuşuq. Yanvar ayından etibarən işlərimiz və görüşlərimiz davam edir. Hazırda masamın üstündəki siyahıda 10 komandanın adı var. Ancaq mən bununla kifayətlənmək fikrində deyiləm. Əlavə 1-2 komanda ilə də görüşüm olacaq. Növbəti mövsümü ən azı 10 komanda ilə keçirəcəyik.

 

- Klubların sponsorları ilə bağlı durum necədir?
- Sponsorlar öz işlərini görürlər. Amma çempionatınızın populyarlaşmağımızın səbəbi var. Federasiyada mətbuat xidmətinin yaradılması bizə çox kömək oldu. Bunun üçün AFFA-nın baş katibi Elxan Məmmədova və AAF-ın prezidenti Zaur Axundova təşəkkür edirəm. Məhz bunun sayəsində KİV-lə münasibətlərimiz daha da yaxşılaşdı. Bunun sayəsində futzalımız bütün ölkə ərazisinə təqdim edilməyə başladı. Bu da futzalın populyarlığına öz təsirini göstərir. Bu yöndə işlərimiz davam etsə, daha çox populyarlıq və kütləviləşməyə nail ola bilərik.

 

- Komandaların sayının artması ilə biz razıyıq. Amma hər komandanın çempionata buraxılmasının tərəfdarı deyilik. İddialı komandaların yenilər üzərində böyük hesablı qələbələr qazanmasındansa, komandaların sayının az amma səviyyəli olmaları daha yaxşıdır. 
- Mən sizinlə tamamilə razıyam. Əvvəllər belə hallar olurdu. Haqlı iraddı. Biz federasiya olaraq iradları həmişə qəbul edib, onlar üzərində çalışıb, işimizi daha da təkmilləşdirmək istəyirik. İndi belə komandalar yoxdur. Turnir cədvəlinə baxanda "Xəmsə" zəif görünür. Amma "Xəmsə"nin elə oyunları olub ki, rəqiblər bu komandaya çox çətinliklə qalib gəlirlər. Mən "Xəmsə"nin dediyimiz tipli komandalar siyahısına daxil etmirəm. Elə komandaları Yüksək Liqaya buraxmayacağıq. Onlar aşağı liqalarda çıxış edə bilərlər.Bildiyiniz kimi, Birinci və Həvəskarlar Liqamız da var. Birinci Liqada iddialı çıxış edən komandalarımız var. Bu yöndə də işlərimiz gedir. Ola bilsin bəzi komandaları Yüksək Liqada görə biləcəyik.

 

 

- Uşaq futzalı inkişaf üçün çox vacibdir. Bu sahədə vəziyyət nə yerdədir?
- Hazırda "Marafon", "İtaldizayn" və "Yasamal" kimi klublarımızın uşaq komandaları var. Mən onlarla mütəmadi olaraq görüşürəm. Uşaq komandalarının olması sevindirici haldır. Yəqin ki, bunun üzərindən futzal akademiyamız yaranacaq. Akademiya gənc futzalçılarımızın yetişməsinə tövhə verəcək. Bu yöndə də işlərimiz davam edir. Əlavə olaraq qeyd edim ki, biizm U-17 milli komandamız var. Elxan Məmmədov və Zaur Axundovun təşəbbüsü ilə bu komanda Birinci Liqada çıxış edir. Gənc futzalçılarımız özlərindən yaşda qat-qat böyük oyunçulara qarşı mübarizə aparırlar. Son iki ayda bu komandada ciddi inkişaf var.Artıq komanda rəqiblərinə başağrı ola bilib. İlk oyunlarda 10 top buraxan komanda idi, rəqiblərinə ciddi müqavimət göstərir. Onların başında gənc mütəxəssisimiz Fuad Rzayev dayanır. Komandanın yaxşı hazırlaşdırır. 2019-cu ildə 19 yaşadək futzalçıların Avropa Çempionatı olacaq. Biz bu məqsədlə komandanı yaratdıq və yarışa saldıq ki, onların çıxışları və məşqləri daimi olsun.Mütəxəssis kimi görürəm ki, orada çıxış edən ən az 2-3 futzalçı gələcəkdə əsas milli komandamızın üzvü olacaq. Orada elə oyunçular var.

 

- Bildirdiz ki, 2-3 klubun uşaq komandarı var. Yeni mövsümdən klubların qarşısına bununla bağlı şərt qoymaq olarmı?
- Təbii ki, belə planlarımız var. Təbii ki, biz komandaların gücünə, sponsorlarının vəziyyətinə baxıb təkliflər edirik. Sağ olsunlar sadaladığımız klublar ki, bu işdə bizə köməklik edirlər. Gələcəkdə federasiyamızın İcraiyyə Komitəsinin iclasında bu yöndə və ya hansısa limitlərin tətbiq edilməsi ilə bağlı qərarlar veriləcək. Biz də çalışacağıq ki, klublar daha da inkişaf etsin, peşəkar olsunlar və futzal kütləviləşsin.

 

- Biraz da milli komandadan danışaq. Şəxsən mən yığmamızın son oyunda - Portuqaliya ilə matçdakı 1:8 hesablı məğlubiyyətini yüksəlmək olan futzalımız üçün faciə hesab etmirəm.
- Sizinlə razıyam. Həmin oyunda risk amili də var idi. Məşqçimiz risk edib qapıçının əvəzinə meydan oyunçusu buraxdı. Alınsaydı, daha kiçik hesabla uduza, hətta qalib də gələ bilərdik. Amma alınmadı. Gördüyünüz kimi qolların çoxu boş qapıya görə vuruldu. Biz tənqidə həmişə normal yanaşırıq. Tənqidləri görüb, bu yöndə iş görən federasiyalardanıq. Amma yaxşılardan da danışmaq lazımdır. Komandamız Avropa Çempionatına yollananda qarşıya qoyulan minimum vəzifə qrupdan çıxmaq idi. Biz ilk oyunda bu məsələni həll etdik. İstəyərdik ilk 4 komanmda arasına düşüb medalçı olaq.

 

- Rəqiblərin kimliyini də düşünmək lazımdır...
- Təbii ki. Biz gördük rəqiblərimiz kimlərdi. Portuqaliya və İspaniya. Onlar finalda oynadılar. İspaniya bizə 1:0 hesabı ilə qalib gəldi. Finalda İspaniya üstün oyun nümayiş etdirsə də, qalib tərəf Portuqaliya oldu. Hər ikisi əsas rəqiblərimiz oldu. Alına da. alınmaya da bilərdi. Bunu faciəyə çevirməyə ehtiyac yoxdur. Səhvlərimizin üzərində işləyib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq. 

 

- İndi diqqətlər gənc futzalçıların yetişməsinə yönəlib. Ola bilərmi ki, gələcəkdə milli komandada milliləşdirilmiş braziliyaların əvəzinə onları görək?
 - Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov və federasiyamızın prezidenti Zaur Axundovun milli komandanın baş məşqçisi Joze Alesio da Silva ilə görüşü olub. Ona bildirilib ki, milli komandaya gənc futzalçılar cəlb olunsun və onların üzərində işlənilsin. Həmin oyunçuların siyahısı da hazırlanıb. Mən özüm də mütəmadi olaraq baş məşqçi ilə görüşürəm. Bu yöndə işlərimiz gedir.

 

Fürsətdən istifadə edərək əlavə edim ki, aprel ayında türkdilli dövlətlərin tələbələri arasında idman oyunları keçiriləcək. Həmin oyunlarda futzal yarışları olacaq. Artıq yerli oyunçulardan ibarət 20 nəfərlik siyahımız hazırdı. Baş məşqçiyə bu barədə məlumat verilib. Mart ayının sonlarında komandanın 10 günlük toplanışı da olacaq. Aprel ayında da yarışlarda iştirak edəcək. Biz bu komandaya perpektiv kimi baxacağıq. Onların hər biri gələcəkdə milli komandamızın üzvü ola bilərlər.

 

Rüfət Nadirli

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər

Xəbər xətti