Ramiz Mirzəyevin ailəsində daha bir faciə - Bacısı və yeznəsi həlak oldu

12:02 24 Fevral 2018

Tovuz rayonunun mərkəzində yerləşən Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsindəki fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb. 
 
Sportarena.az xəbər verir ki, yanğın zamanı iki nəfər ölüb. 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı və digər otaqda divan qismən yanıb. Dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.
 
Olay yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb. Hadisə nəticəsində yanaraq dünyasını dəyişmiş ailənin övladı da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
 
Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.
 
Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi. Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də vəfat edib.


Digər xəbərlər

Xəbər xətti