Samir Əliyev: “Saraqosa” da “Barselona”nı 5 ildə bir dəfə məğlub edir"

18:27 24 Fevral 2018

TopazPremyer Liqasının 17-ci turunda evdə “Qəbələ”yə qalib gələn (2:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əliyev öncə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qəbələ” kimi komandaya qalib gəlmək gözəl hissdi. Qalib gəlsək də, səviyyə fərqi görünürüd. Hələ öz üzərimizdə çox çalışmalıyıq. Qarşıda bizi Gəncədə “Kəpəz”ə qarşı çətin oyun gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq.

 

- Komanda qış fasiləsindən sonra ciddi rəqiblərə qarşı yaxşı oyun sərgilədi...
- Biz çalışırıq ki, komanda oyundan-oyuna daha yaxşı çıxış etsin. Futbolçular da bunun üçün çalışırlar. Ola bilsin, bundan sonra “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq. “Saraqosa” da “Barselona”nı 5 ildə bir dəfə məğlub edir. Səhvlərimiz var idi. Bunun üzərində çalışacağıq.

 

- Dediz, komandanın səhvləri var idi. Komandanın yaxşı səviyyəyə çatması üçün nə qədər vaxt lazımdı?
- Bunun üçün əsas olan əlimdə yaxşı “material” olmasıdı. Elə oyunçu var ki, adını çəkməyəcəm, son oyunlarda eyni səhvləri buraxır. Nə qədər deyirəm, yenə düzəltmir. Bizdə elə oyunçular var ki, məsələn Fəhmin Muradbəyli “Neftçi”də ehtyatda qalırdı, ancaq bizdə son 3 oyunda 2 qol vurub. Rahil Məmmədov küçədə qalmışdı, ancaq bizdə yaxşı oyun sərgiləyir.

 

- Bəhs etdiyiniz səhv edən futbolçu növbəti oyunlarda şans qazanacaq?
- Təbii ki, yox.

 

- Bu gürcü legioner Nikoloz Apakidzedi?
- Bəli. Meydanda mübarizə aparır, ancaq səhvləri var.

 

- Kərim Diniyev bu gün niyə oynamırdı?
- Onun zədəsi var. Həm də onu “Kəpəz”lə oyun üçün qoruyuruq.


Digər xəbərlər

Xəbər xətti