"Yasamal"ın oyununda 18 qol

10:37 25 Fevral 2018

Futzal üzrə Yüksək Liqada 17-ci turun 2 oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, açılış oyununda autsayderlər – “Yasamal” və “Xəmsə” qarşılaşıb. Məhsuldar alınan matçda “Yasamal” əvvəlcə 10 cavabsız top vurub. Bundan sonra “ayılan” “Xəmsə” rəqibini 4 dəfə cəzalandırıb. Fərqin azaldığını görən “Yasamal” yenidən qolları sıralayıb. Yekunda 6 xallıq fərq qorunub və “Yasamal” mövsümdə üçüncü qələbəsini qazanıb. Maraqlıdır ki, “Yasamal” əvvəlki 2 qələbəsini də “Xəmsə” ilə dueldə aktivinə yazdırmışdı.

 

Turun mərkəzi oyununda ilk matçdakı qədər qol vurulmasa da, qarşılaşma gərginliyi ilə yadda qalıb. Birinci və ikinci dövrədəki oyunlarda 4 top fərqi (4:0, 6:2) ilə qalib gələn “Marafon Futsal” EKOL-la bu oyunda da seriyanı davam etdirmək niyyətində idi. Artıq 2-ci dəqiqədə oyunun hakimi Elçin Məmmədov bir-birinə qarşı nalayiq ifadələr işlətdiyinə görə iki futzalçıya - Namiq Məmmədkərimova və Seymur Məmmədova qırmızı vərəqə göstərərək, meydandan qovub. Qarşılaşma isə “Marafon Futsal”ın 5:2 hesablı qələbəsi ilə başa çatdı.

 

Bu turda keçirilməli olan “FK.İD.Futsal” – “Neftçi” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “FK.İD.Futsal”ın bir neçə oyunçusunun səhhətində problemin yaranmasıdı.

 

Yüksək Liqa, 17-ci tur

24 fevral

Yasamal FK – Xəmsə 12:6
Qol: M.Cahandost, 3:10, 5:40, 16:55, 17:16, 17:55 (10 m.), 27:11, 35:50, V. Vorobyov, 5:20, S. Cavid, 8:50, 11:42, 25:39, M. Hayatbini, 39:04 - Ə. Həsənov, 31:18, S. Əmirov, 33:17, 34:20 (10 m.), 38:27 (10 m.), Y. Ağakərimov, 33:50, Ə. Əlizadə, 36:40.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov
Bakı İdman Sarayı. Saat 13:00

 

Yasamal FK: 1. Mohammed Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz, 18. Mohsin Hayatbini, 5. Vüsal Səfərov, 47. Rəsul Akbari
Rəhbər: Orxan Allahverdiyev.

Xəmsə: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 8. Əli Həsənov (k), 9. Samir Əmirov, 14. Yamin Ağakərimov, 2. Əli Əlizadə, 13. İbrahim İbrahimov, 6. Şamo Talıbov
Baş məşqçi: Arif Vəliyev.

 

Marafon Futsal – EKOL 5:2
Qol: E. Barati, 13:06, 13:22, İ. Hacıyev, 19:59, O. Talebi, 34:50, İ. Zeynalov, 38:43 // R. Əhmədov, 16:43, 39:33.
Qırmızı vərəqə: S. Məmmədov, 1:22 - N. Məmmədkərimov, 1:22.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 15:00.

 

Marafon Futsal: 12. Kəsra Mehdipour (q), 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 2. Kamran Hacıyev (q), 20. Sergey Çumakov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 22. Elyas Barati, 4. İbrahim Zeynalov, 99. Rüstəm Bağırzadə, 13. Majid Morovati.

Baş məşqçi: Elşad Quliyev.

EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.

Baş məşqçi: Radik Əhmədov.

 

Turnir cədvəli: Araz – 40, Marafon Futsal – 36, EKOL – 23, FK.İD.Futsal – 16, Neftçi İK – 15, Yasamal – 9, Xəmsə - 2.

 

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol.


Digər xəbərlər

Xəbər xətti