Robben Sneyderlə komanda yoldaşı olacaq?

16:20 25 Fevral 2018

“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben karyerasını Qətərin “Əl Qarafa” komandasında davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Royters” yayıb. Xəbərdə mövsümün sonunda “Bavariya” ilə müqavilə müddəti bitəcək hollandiyalı futbolçunun karyerasını məhz Asiya təmsilçisində davam etdirəcəyi qeyd edilib. Xatırladaq ki, türkiyəli mütəxəssis Bülənt Uyğunun çalışdırdığı “Əl Qarafa”da hollandiyalı futbolçu Uesli Sneyder də çıxış edir. Robbeni bu kluba məhz həmyerlisinin dəvət etdiyi vurğulanıb.

 

Robben bir müddət öncə karyerasını ABŞ-da və ya Asiyada davam etdirə biləcəyini açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti