Vüqar Nadirov het-trik etdi, "Səbail" "Qəbələ"yə qalib gəldi

10:28 26 Fevral 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə “Səbail” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib. Gərgin keçən və 7 qolun qeydə alındığı matçda qələbəni meydan sahibləri bayram ediblər. Turun qapanış matçında “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.

 

Əvəzedicilərin çempionatı, 17-ci tur

25 fevral

Səbail - Qəbələ 4:3

Qol: Emil Həsənzadə, 9. Vüqar Nadirov, 25; 53; 63 - Əli Sadıqov, 13. Faiq Hacıyev, 28. Kamran Quliyev, 60.

 

Neftçi - Zirə 1:1
Qol: Qədir Bayramov, 76 - Mirsahib Abbasov, 84.


Digər xəbərlər

Xəbər xətti