Neymar zədələndi, göz yaşlarını saxlaya bilmədi

10:58 26 Fevral 2018

PSJ Fransa çempionatının 27-ci turunda “Marsel”ə 3:0 hesabı ilə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın 79-cu dəqiqəsində PSJ-nin lideri Neymar sıradan çıxıb. Braziliyalı futbolçu oyunun sonlarında ayağını düzgün atmayaraq zədələnib. Həmin vaxt PSJ bütün əvəzetmələri gerçəkləşdirdiyi üçün oyunu 10 nəfərlə bitirməli olub. Göz yaşlarını saxlaya bilməyən Neymarı meydandan xərəkdə çıxarıblar.

 

PSJ-nin baş məşqçisi Unay Emeri futbolçunun “Real”la oyuna qədər sağalacağına inandığını bildirib.


Xəbər xətti