Yüksək Liqa: 18-ci turun oyun cədvəli açıqlandı

12:16 26 Fevral 2018

Martın 1-də futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq turun ilk oyununda “Neftçi” və “Xəmsə” komandaları üz-üzə gələcək. Bu, “Neftçi”nin qış fasiləsindən sonra ilk oyunu olacaq. Buna qədər onların iştirakı ilə keçirilməli olan 2 matçı təxirə salınıb. Günün ikinci oyunu isə "CBC Sport" telekanalında canlı yayımlanacaq. Tura autsayder “FK.İD.Futsal”la “Araz”ın qarşılaşması ilə yekun vurulacaq. 

 

Futzal üzrə Yüksək Liqa, 18-ci tur

1 mart

Neftçi İK - Xəmsə
Bakı İdman Sarayı. Saat 12:30

 

Marafon Futsal - Yasamal İK (CBC Sport)
Bakı İdman Sarayı. Saat 14:30

 

FK.İD.Futsal - Araz
Bakı İdman Sarayı. Saat 16:00


Digər xəbərlər

Xəbər xətti