"Mançester Siti" kubokun qalibi oldu - VİDEO

12:45 26 Fevral 2018

İngiltərə Liqa kubokunda final görüşü keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda "Mançester Siti" "Arsenal"la qarşılaşıb. Matçda "şəhərlilər" 3:0 hesabıyla qalib gəlib. Qələbə sayəsində Pep Qvardiolanın komandası mövsümdə ilk tituluna yiyələnib.

 

İngiltərə Liqa kuboku: Final

25 fevral

Mançester Siti - Arsenal 3:0

Qollar: Kun Aquero, 18. Vinsent Kompani, 58. David Silva, 65.


Xəbər xətti