"Yuventus"un futbolçusu mövsümü erkən başa vura bilər

17:15 26 Fevral 2018

"Yuventus"un hücumçusu Federiko Bernardeski İtaliya A Seriyasının 25-ci turunda "Torino"ya qarşı matçda (1:0) zədələnmişdi.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı forvardın təxminən 3 həftə komandasına kömək edə bilməyəcəyi dəqiqdir. Əgər Bernardeski əməliyyat olunsa, mövsümün qalan hissəsində meydana çıxmayacaq.

 

Dizindən zədələnən futbolçu 20 gün ərzində nəzarətdə saxlanılacaq. Hansısa problem aşkarlarsa, futbolçu dərhal əməliyyat olunacaq.


Xəbər xətti