"Barselona"da itki

17:58 26 Fevral 2018

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya La Liqasının 26-cı turunda “Las Palmas”la keçiriləcək oyunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, son turda “Jirona”a ilə qarşılaşmada dizindən xəsarət alan müdafiəçi qarşıdakı matça hazır deyil. Onun La Liqanın 23-cü turunda “Atletiko” ilə keçiriləcək matçda iştirakı da sual altındadır.

 

Pikenin durumu ciddi olmasa da, məşqçilər korpusu onu Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə cavab oyunu üçün qorumaq istəyir.


Xəbər xətti