PSJ-dən yeni rekord

18:16 26 Fevral 2018

Fransa çempionatının 27-ci turunda evdə Marsel “Olimpik”ini 3:0 hesabı ilə məğlub edən PSJ rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisi bu qələbə ilə doğma “Park de Prens”də, bütün turnirlərdə ardıcıl 18-ci qələbəsini qazanaraq, klub rekorduna imza atıb.

 

Qeyd edək ki, PSJ evdə sonuncu dəfə 2016-cı ilin martında “Monako”ya uduzub - 0:2.

 

27 turdan sonra hesabında 71 xal olan Unai Emerinin yetirmələri liderdi. Parislilər ən yaxın izləyicisi “Monako”nu 14 xal qabaqlayır.


Digər xəbərlər

Xəbər xətti