Dəniz Yılmaz oynadı, komandası "Başakşəhər"dən xal aldı

10:14 27 Fevral 2018

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Başakşəhər”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Dəniz də bu oyunun iştirakçısı olub. O, görüşün 60-cı dəqiqəsində meydana çıxıb.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 26 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti