Buffon milliyə qayıtdı

12:34 27 Fevral 2018

“Yuventus”un qapıçısı Canluici Buffon İtaliya millisi ilə bağlı qərarını dəyişib.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı qapıçı yenidən millidəki çıxışını davam etdirəcək. Onunla yanaşı, "Roma"nın Danile de Rossi və "Yuventus"un digər üzvü Corco Kyellini də yığmaya qayıdıb. Hər 3 futbolçu “Avro-2020”nin sonuna kimi “mavi eskadra”nın formasını geyinəcək. Millidə müvəqqəti baş məşqçi olan Luici di Byadco hər 3 oyunçunu fikrindən döndərə bilib.

 

Qeyd edək ki, adları çəkilən futbolçular 2018-ci il dünya çempionatının pley-off mərhələsində İsveçlə oyundan sonra (0:0) milli karyerasını başa vurduqlarını açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti