U-17 Liqası: 2-ci dövrə başa çatdı

14:16 27 Fevral 2018

Dünən «Bakcell U-17 Liqası»nda 22-ci turun oyunları keçirilib. Eyni zamanda bu turla 2-ci dövrə başa çatıb.

 

Bütün oyunlardan əvvəl 26 Fevral Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, futbolçular meydana qollarında qara sarğı ilə çıxıblar. Oyunlara gəlincə…

 

Turun mərkəzi oyunu «İnter Arena»nın 4-cü meydanında keçirilib. 3-cü pillədə qərarlaşan «Keşlə» 2-ci mövqenin sahibi «Qarabağ»ı qəbul edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Maraq kəsb edən digər qarşılaşmada da meydan sahibləri 3 xala seviniblər. Söhbət «Səbail» - «Zirə» matçından gedir....

 

22-ci turda qeydə alınan nəticələr:

 «Səbail» - «Zirə» 1:0

«Keşlə» - «Qarabağ» 3:1

«Kəpəz» - «Neftçi» 1:2

«Xəzər Lənkəran» - «Ağsu» 0:2

«Neftçi» İK İB – «Sumqayıt» 0:0

«Mil Muğan» - «Qəbələ» 1:7

 

 

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

U-17 Liqasında 23-cü turun oyunları martın 5-də keçiriləcək və bununla da 3-cü dövrə start götürəcək: «Kəpəz» - «Mil Muğan», «Qəbələ» - «Neftçi» İK İB, «Sumqayıt» - «İnter», «Qarabağ» - «Səbail», «Zirə» - «Xəzər Lənkəran», «Ağsu» - «Neftçi». Oyunların başlama saatı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti