İsti geyim əvəzinə qollarına futbol corabı geyindilər - FOTO

18:17 27 Fevral 2018

Rumıniya çempionatında keçirilən “Styaua” – “Sepsi” (2:0) matçında maraqlı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, havanın soyuq olmasına görə, qonaq komandanın üzvləri qollarına futbol corabları geyiniblər. Buna səbəb “Sepsi” futbolçularının oyuna hazırlıqsız gəlmələri olub. Belə ki, onlar havanın tempuraturunun bu qədər aşağı düşəcəyini təxmin etməyiblər. Buna görə də, -8 dərəcədə oynanılan qarşılaşmada “Sepsi” üzvləri futbol corablarını kəsərək qollarına geymək məcburiyyətində qalıblar.

 

Qeyd edək ki, şaxtalı hava Avropa futbolundan yan keçməyib. Hətta bu səbəbdən Bolqarıstan çempionatının oyunları təxirə salınıb.

 


Digər xəbərlər

Xəbər xətti