İstanbul derbisində qalib müəyyənləşmədi - YENİLƏNİB

10:01 2 Mart 2018

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə “Qalatasaray” səfərdə “Akhisar”la qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, qalan dəqiqələrdə iki qol vuran İstanbul təmsilçisi əzmkar qələbəyə sevinib. Yarımfinalın digər görüşündə “Beşiktaş” “Fənərbaxça” ilə üz-üzə gələcək.

 

Cavab qarşılaşmaları isə aprelin 17-də keçiriləcək.

 

Türkiyə Kuboku: 1/2 final, ilk oyunlar

27 fevral

Akhisar - Qalatasaray 1:2
Qollar: Seleznyov, 19 – A.Çalık, 21. S.Gümüş, 88.

 

1 mart

Beşiktaş – Fənərbaxça 2:2

Qollar: Neqredo, 14. Taliska, 82 - Soldado, 17. Özbayraklı, 45.


Xəbər xətti