Türk model: "Ronaldo məni evinə çağırdı" - FOTOLAR

11:08 28 Fevral 2018

Türikiyəli model Cansu Taşkın ölkəsinin mətbuatına verdiyi müsahibədə maraqlı açıqlamaları ilə yadda qalıb..

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı Taşkın "Real"ın futbolçusu Kriştiano Ronaldonun onu evinə dəvət etdiyini bildirib:

"Ronaldo mənə İnstaqramda mesaj göndərdi. Təbii ki, bu, məni şoka saldı. Məni Madridə dəvət etdi, amma getmədim. Dünyaca məşhur sima ola bilər, amma ora getməyim doğru olmazdı. Daha sonra filminin Londonda keçirilən qalasına dəvət etdi, onu da qəbul etmədim. Getmədiyim üçün aramızda soyuqluq yarandı. İndi artıq uşaqları var, başı onlara qarışıb. Amma hələ də dostluğumuz qalır. Arada danışırıq, amma aramızda başqa münasibət yoxdu. Həyatında bir qadın var. Mən elə insan deyiləm ki, onunla görüşüm".

Qeyd edək ki, iki il əvvəl Cansu ilə Ronaldonun sevgili olması xəbərləri yayılmışdı. 


Xəbər xətti