AFFA "Zirə"ni cərimələdi

14:12 28 Fevral 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” - “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 17-ci turunun “Neftçi” - “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə”nin futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti