"Mil-Muğan" kimin səhvinə görə texniki məğlubiyyət aldı?

Sportarena.az      28 Fevral 2018, 16:40

AFFA İntizam Komitəsinin "Mil-Muğan" klubuna texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub.

 

Sportarena.az xəbər verir ki, problem Birinci Divizionun 15-ci turunda "Zaqatala” ilə səfər matçının protokolunu dolduran şəxsin səhvi üzündən baş verib. "Mil-Muğan”ın 11 nömrəli futbolçusu Şahin Əliyevin qeydiyyat vərəqəsi görüşü idarə edən hakimlər briqadasına təqdim edilsə də, qonaqlar 23 yaşlı futbolçunun adını oyunun protokolunda qeyd etməyi unudublar.

 

Əliyev qarşılaşmanın 61-ci dəqiqəsinə komanda yoldaşı Anar Babayevin əvəzinə meydana daxil oluğu üçün İmişli təmsilçisi texniki məğlubiyyətlə üzləşib. Həmçinin "Mil-Muğan” 800 manat cərimə olunub.

 

Qeyd edək ki, "Zaqatala" - "Mil-Muğan" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şahin Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində 13 qolla əvəzedicilərin çempionatının bombardiri olub. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin