Ronaldinyo: "Keyn yeni səviyyəyə çatıb"

16:54 28 Fevral 2018

Bir müddət əvvəl futbolçu karyerasını başa vuran Ronaldinyo "Tottenhem"in hücumçusu Harri Keyn haqqında açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "sambaçı" ingilis forvard haqqında xoş sözlər işlədib:

 

"Son bir neçə ildə Keyn əla futbol nümayiş etdirir. Amma bu mövsüm yeni səviyyəyə çatıb. İndi Harri elə formadadır ki, dünyada istənilən komanda onu transfer etməyə çalışır. Keyn istənilən Avropa komandasında oynamaq iqtidarındadır. "Barselona", "Real", "Mançester Siti" fərq etməz. Keyni transfer edəcək klub ona heyətdə layiqli yer tapacaq".

 

Qeyd edək ki, Keyn 2017-ci ili 56 qolla başa vurmaqla rekorda imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti