Ronaldo Quareşmaya niyə zəng edib?

18:19 28 Fevral 2018

“Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo “Beşiktaş”da oynayan həmyerlisi Rikardo Quareşmanı təbrik edib.

 

Sportarena.az xəbər verir ki, Ronaldo həmyerlisinə “Beşiktaş” - “Fənərbaxça” oyunundan sonra (3:1) zəng edib. “Qızıl top”un sahibi İstanbul derbisində komandasının 3:1 hesablı qələbəsinə 2 qolla töhfə verən Quareşmanı təbrik edib.

 

Ronaldo həmyerlisinə “Sən Portuqaliyanın ən yaxşı futbolçususan. Oyunlarını izləyirəm. Bir daha ulduza çevrildin” deyib.


Xəbər xətti