İtaliya kubokunda finalçılar məlum oldu

10:13 1 Mart 2018

Futbol üzrə İtaliya Kubokunda yarımfinalın cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Yuventus” səfərdə minimal hesabla üstələdiyi “Atalanta”ya doğma meydanda da eyni hesabla qalib gəlib. Nəticədə, Turin təmsilçisi ilk finalçı olub.

 

Digər yarımfinal cütündə isə “Milan” səfərdə “Latsio” ilə münasibətlərinə aydınlıq gətirib. Maraqlıdı ki, bu komandaların da duelində ilk oyundakı hesab (0:0) qeydə alınıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilsə də, tərəflər yenə fərqlənə bilməyiblər. Lakin penalti seriyasında daha dəqiq olan “Milan” finala yüksəlib.

 

Beləliklə, mayın 9-da keçiriləcək həlledici oyunda “Yuventus” və “Milan” qarşılaşacaq.

 

İtaliya Kuboku: 1|2 final, cavab oyunlar

28 fevral

Yuventus - Atalanta 1:0 (ilk oyun 1:0)

Latsio - Milan 0:0 (penaltilər 4:5) (ilk oyun 0:0)


Xəbər xətti