"Beşiktaş"ın prezidenti azərbaycanlı sevgilisindən ayrıldı - FOTOLAR

10:47 1 Mart 2018

"Beşiktaş"ın prezidenti Fikrət Orman azərbaycanlı sevgilisindən ayrılıb.
 
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ülviyyə Aleks adlı sevgilisindən ayrılan "Beşiktaş"ın prezidenti artıq özünə yeni sevgili də tapıb. Belə ki, Fikrət Orman hazırda Türkiyənin tanınmış vəkillərindən olan Aylin Surkultayla birlikdədi.
 
Aylin Surkultayla Fikrət Ormanın münasibətləri 3 ay önxə başlayıb. 10 id əvvəl memar Mete Misaridən boşanan tanınmış vəkil bir il əvvələ qədər iş adamı Emre Ergani ilə birlikdə olub. 
Aylin Surkultay
 
Fikrət Ormanın ayrıldığı Ülviyyə Aleks kimi tanınan, əsl adı Ülviyyə Əhməd olan xanım azərbaycanlıdı və Bakıda doğulub. 30 yaşlı xanım İstanbula yaxın dostu olan "Affair" markasının qurucusu, azərbaycanlı iş model Rüfət İsmayılın sayəsində yollanıb. O, İstanbulun Cihangir bölgəsində yaşayır. Bildirilir ki, Ülviyyə Əhməd qaldığı evin kirayə haqqını çətinliklə ödədiyi bir vaxtda Fikrət Ormanla tanış olub və həyatı bir anda tamamilə dəyişib.
 
Ülviyyə Aleks "Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə ilə evli olub. Onların bu evlilikdən Selin adlı qızı var. 
 
Qeyd edək ki, Fikrət Orman 2012-ci ildə "dostumun qohumudur" dediyi Bahar Özdenlə yaxalanmış və bu səbəbdən 21 illik həyat yoldaşı Sədəf Ormanla boşanmalı olmuşdu. (Sport7.az)




Digər xəbərlər

Xəbər xətti