"Vilyarreal" futbolçusunu Çin klubuna satdı - 74 milyona

16:23 1 Mart 2018

Çin Super Liqasında mübarizə aparan “Beijing Guoan” klubu “Vilyarreal”ın futbolçusu Sedrik Bakambunu transfer edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçunun transferi üçün İspaniya klubuna 74 milyon avro ödənilib. Konqolu futbolçunun özü isə Çin klubunda ilinə 18 milyon avro qazanacaq.

 

Karyerasına Fransanın “Soşo” klubunda başlayan Bakambu, 2014-cü ildə Türkiyənin “Bursaspor” komandasına transfer edilsə də, burada cəmi bir mövsüm çıxış etmiş və “Vilyarreal”a üz tutmuşdu.


Digər xəbərlər

Xəbər xətti