"Turan Tovuz"dan rahat qələbə

17:20 1 Mart 2018

Futbol üzrə Azərbaycan birinci divizionunda 16-cı tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib. "Turan Tovuz" evdə "Binə"yə 3:0 hesabıyla qalib gəlib. "Şüvəlan" doğma meydanda "Zaqatala" ilə "sülh bağlayıb" - 1:1. "Ağsu" isə evdə "Sabah"a minimal hesabla uduzub.   

 

Birinci divizion, 16-cı tur

1 mart

Ağsu - Sabah 0:1

Qol: Məhəmməd Qurbanov, 89.

 

 

Turan Tovuz - Binə 3:0

Qollar: Kamil Hüseynov, 1-öz qapısına. Rəhman Musayev, 51. Tuqay Alhüseynli, 90+3. 

 

 

Şüvəlan - Zaqatala 1:1

Qollar: Nuqzar Kvirtiya, 45-p - İsmael Kouame, 61.


Digər xəbərlər

Xəbər xətti