"Traktorsazi" yenə uduzdu

17:41 1 Mart 2018

Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu doğma meydanda “Paykan”la qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. “Paykan”ın 2 futbolçusu matçın gedişində qırmızı vərəqə alsa da, Ərtuğrul Sağlamın yetirmələri 9 nəfərlə qalmış rəqibi cəzalandıra bilməyib.

 

25 oyundan sonra hesabında 29 xal olan “Traktorsazi” 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.


Xəbər xətti