"Çelsi" Moratanı satır?

18:23 1 Mart 2018

“Çelsi”nin ötən yay “Real”dan transfer etdiyi Alvaro Moratanın çıxışı klub rəhbərliyini qane etmir.

 

Sportarena.az xəbər verir ki, “zadəganlar” ispaniyalı forvardı 80 milyon avroya transfer etməsinə peşmandı. Mövsümə yaxşı başlamasına baxmayaraq, get-gedə zəif çıxışla diqqət çəkən Moratanın yerinə Premyer Liqa çempionu yeni transfer axtarışına çıxıb. Baş məşqçi Antonio Kontenin də artıq güvənmədiyi 25 yaşlı oyunçunun yayda sərfəli qiymətə satılması istisna deyil.

 

Qeyd edək ki, Alvaro Morata bu mövsüm keçirdiyi 35 oyunda 12 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti