Millimiz Ukrayna ilə qarşılaşacaq

21:14 1 Mart 2018

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq. 

 

Sportarena.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

 

Komandalar martın 6-da saat 16:00-da "Dalğa Arena"da, martın 8-də isə saat 11:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq.


Xəbər xətti