Ruslan Abışov: "İnanıram ki, sözümüzü meydanda deyəcəyik" - AÇIQLAMA + VİDEO

10:32 2 Mart 2018

"Neftçi” Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Komandanın kapitanı Ruslan Abışov klub televiziyasına açıqlamasında "Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib:

 

“Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. "Qəbələ” çempionluğa oynayan komandadı, buna görə də bizi çətin bir görüş gözləyir. "Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budu ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdu. Hər şey qaydasındadı, futbolçuların vəziyyəti yaxşıdı. İnanıram ki, martın 4-də komanda olaraq meydanda öz sözümüzü deyəcəyik”.

 

Xatırladaq ki, martın 4-də Qəbələ şəhər stadionunda olacaq "Qəbələ” – "Neftçi” oyunu saat 15:30-da başlanacaq.

 


Xəbər xətti