Çin klubu 42 milyon avroluq futbolçuyla yolları ayırdı

10:47 2 Mart 2018

Kolumbiya millisinin üzvü Cekson Martines Çinin “Quançjou Everqrand” klubundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı forvard azad agent statusuna yiyələnib.

 

2016-cı ilin fevral ayında 42 milyon avro qarşılığında Madrid “Atletiko”sundan Çin təmsilçisinə keçən Martines cəmi 16 oyun keçirib. İllik gəliri 12,5 milyon avro olan hücumçu bu qarşılaşmalarda 4 qol və 2 assistlə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti