Böyükağa Hacıyevin durumu necədir? - "Həkimlər deyir ki, irəliləyiş olmayacaq”

13:14 2 Mart 2018

“Atamın ürəyi cəmi 20 faiz işləyir”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevın vəziyyəti ağır olaraq qalmaqdadı. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunda irəliləyiş yoxdu. Bu haqda danışan Rüstəm həkimlərin onlara ümid vermədiyini bildirib: 

 

“Vəziyyət həminki kimidi. Atam yenə reanimasiyadadı. Ordan çıxarıb, palataya köçürmək mümkün deyil. Çünki durumu yaxşılığa doğru dəyişməyib. Həkimlər deyir ki, irəliləyiş olmayacaq”.


Digər xəbərlər

Xəbər xətti