İnfantinonun izlədiyi oyunda 35 qadın həbs edildi

16:11 2 Mart 2018

İranın paytaxtı Tehranda keçirilən "İstiqlal" - "Persepolis" matçını izləmək üçün stadiona girməyə çalışan 35 qadın azarkeş həbs olunub.
 
Sportarena.az xəbər verir ki, matçı izləməyə gələnlər arasında FIFA-nın prezidenti Canni İnfantino da olub. 
 
BBC-nin yazdığına görə, iranlı qadınlar 1979-cu ildən bəri futbol matçlarını izləyə bilməmələrinə diqqət çəkmək üçün bu addımı atıblar.


Xəbər xətti