Millimizin üzvü oynadı, komandası uduzdu

11:57 3 Mart 2018

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 27-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Neymegen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Kökçü də bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın 62-ci dəqiqəsində əvəzlənib.

 

“Valveyk” hazırda 24 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti