İbrahimoviç "Mançester Yunayted"dən ayrılır - Mourinyo açıqladı

12:18 3 Mart 2018

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo isveçli hücumçu Zlatan İbrahimoviçlə yollarını ayıracaqlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis dizində zədəsi olan 36 yaşlı forvardın mövsümün sonunda göndəriləcəyini bildirib.

 

“Yaşadığı qorxulu zədə onun bizimlə yaxşı bir mövsüm keçirmək şansını əngəllədi. Möhtəşəm bir karyeraya sahib olan İbrahimoviçlə yeni müqavilə imzalamağı planlaşdırmırıq. Zlatanın MY-dəki son mövsümünü keçirməsi barədə hamımız həmfikirik. Onun futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi isə tamamilə özünün verəcəyi qərardan asılı olacaq”.

 

Xatırladaq ki, ötən mövsüm vurduğu 28 qolla MY-nin uğur qazanmasında əsas pay sahiblərindən biri olan İbrahimoviç zədə səbəbindən bu mövsüm cəmi 5 çempionat oyununda 102 dəqiqə meydanda olub.


Digər xəbərlər

Xəbər xətti