Qazaxıstan Mətbuatı Reynaldonun keçmişindən yazdı - "Azərbaycan yığmasında çıxış etməyə yaxın idi"

17:27 3 Mart 2018

Ötən günlərdə “Aktobe” ilə müqavilə bağlayan "Qarabağ"In sabiq futbolçusu Reynaldo haqda Qazaxıstan mətbuatında (sport.kz) yazı dərc olunub.

 

Sportarena.az xəbər verir ki, yazıda braziliyalı vingerin Ağdam klubundakı performansına daha çox yer ayrılıb və onun çox texnikalı oyunçu olduğunu diqqətə çatdırıııb. Yarımmüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Reynaldonun ölkəmizdə bombardir olduğu da vurğulanıb.

 

Bundan başqa, onun “Qarabağ”da çıxış edərkən Azərbaycan millisinin formasını geyinməyə yaxın olduğu yazılıb: “Bir neçə il öncə Reynaldo Azərbaycan passportu almağa və bu ölkənin yığmasında çıxış etməyə yaxın idi. Amma sonradan iş alınmayıb”.

 

Reynaldonun doğma Arapirakada olduqca məşhur olduğunu yazan qazaxıstanlı jurnalistlər hətta futbolçunun şərəfinə adının şəhərin bir çox küçələrində divarlara yazıldığı və özünəməxsus şəkildə boyandığını qeyd ediblər.

 

Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti