Dzeko heç kimin bacarmadığını etdi

14:37 4 Mart 2018

“Roma”nın hücumçusu Edin Dzeko Avropa futbolunun tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, “Roma” A seriyasının 27-ci turunda “Napoli”yə 4:2 hesabı ilə qalib gəlib. Dzeko bu qarşılaşmada dubl edib. Bununla da o, A seriyasında vurduğu qolların sayını 50-yə çatdırıb. Dzeko “böyük beşlik” çempionatlarının üçündə 50 qol vuran ilk futbolçu olub. Buna qədər o, “Volfsburq”un heyətində Bundesliqada 66 qol vurmuşdu.

 

Bosniyalı “Mançester Siti”də çıxış edərkən İngiltərə Premyer Liqasında da 50 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti