"Neftçi"nin futbolçusunun atası vəfat etdi - FOTO

22:15 4 Mart 2018

“Neftçi”nin futbolçusu Lukas Qomesin atasının səhhətində problem olduğu və bununla əlaqədar olaraqq argentinalı hücumçunun klubdan icazə alaraq həftəiçi vətəninə yollandığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Oskar Marselino Qomez bu gün vəfat edib. Bu barədə klub məlumat yayıb. "Neftçi" sosial şəbəkələrdəki hesabı vasitəsilə argentinalı futbolçuya başsağlığı da verib.

 

Qeyd edək ki, Lukas Qomes qış transfer pəncərəsi zamanı "Neftçi"yə transfer edilib. Futbolçu komandasının heyətində bu gün "Qəbəiə" səfər matçında meydanda olub. O, 80-ci dəqiqədə Mirabdulla Abbasovun yerinə meydana daxil olub.



Digər xəbərlər

Xəbər xətti